Back to Search View Original Cite This Article

Abstract

<jats:p>Etilbenzol əsas üzvi sintezin baza məhsullarından biridir. Dünyadakı iritonnajlı qurğular ümumilikdə 37 milyon tondan çox etilbenzol istehsal etmək potensialına malikdir. Gözlənilir ki, etilbenzola olan ümumi tələbat ildə 2,1% sürətlə artacaq və 2019-cu ilə qədər 32,4 milyon ton təşkil edəcəkdir. Etilbenzol aralıq məhsuldur. İstehsal olunan maddənin yalnız 1%-dən çox olmayaraq hissəsi həlledici kimi sərbəst şəkildə istifadə edilir. Etilbenzolun əsas kütləsi stirola emal olunur ki, ondan da plastik və kauçuk istehsalında monomer kimi istifadə edilir. Etilbenzol güclərinin lokal artıqlığı, eləcə də əsas üzvi sintez texnologiyalarına xas olan xammalın sərfi normasının azaldılması meyli, texniki-iqtisadi göstəricilərin yaxşılaşdırılması üçün müxtəlif yanaşmaların tətbiqini tələb edir. Açar sözlər: etilbenzol, stirol istehsalı, konversiya dərəcəsi, reaksiya kinetikası, selektivlik.</jats:p>

Show More

Keywords

etilbenzol əsas üzvi milyon çox

Related Articles

PORE

About

Connect