Back to Search View Original Cite This Article

Abstract

<jats:p>Bu məqalə Azərbaycan idmanında stereotiplərin rolu və əhəmiyyətini araşdırma məqs ədi daşıyır. Uzun boyu, bütün cəmiyyətlərdə idman haqqında stereotiplər mövcud olub. Bəzi ölkələr tədricən təlim və maarifləndirmə sayəsində bu çətinlikləri aradan qaldırıblar. Ancaq xüsusilə inkişaf etməkdə olan ölkələrdə bəzi önyargılar hələ də davam edir. Buna görə də bu məsələ hər zaman öz aktuallığını qoruyub saxlayır. Məsələn, Yunanıst anda keçirilən ilk Olimpiya Oyunlarında heç bir qadın və ya qulun oyunlara tamaşa etməsinə icazə verilməyib. Tarixdə buna dair bir çox nümunələr var. Ümumi faktorların sayını nəzərə alsa deyə bilərik ki, fərdi icmalarda stereotiplərin yaranmasında cəmiyyətləri günahlandırmaq çətindir. Ancaq cəmiyyətlərin bu stereotipləri fəal surətdə qoruyub saxlaması və gələcək nəsillərə ötürməsində biz məsuliyyət daşıyırıq. İdman sahəsi də daxil olmaqla, cəmiyyətlərdə münasibətlər inkişaf etdikcə, insanlar stereotiplərin mənfi təsirlərini daha geniş şəkildə anlayırlar. İdman qaydaları və etikası, şübhəsiz ki, zamanla dəyişmiş və inkişaf etmişdir. Ancaq stereotiplər idmanda hökm sürməyə davam edir və idmanın cəmiyyətdə geniş qüvvəyə malik olduğunu nümayiş etdirməsi üçün maneələr törədir. Nəticədə qeyd edim ki, bu məqalənin məqsədi stereotiplərin idmana necə mənfi təsir etdiyini göstərməkdir. Eyni zamanda yalnız effektiv təhsil və maarifləndirmənin vəziyyəti yaxşılaşdıracağını təklif etməkdir.</jats:p>

Show More

Keywords

stereotiplərin ancaq inkişaf cəmiyyətlərdə stereotiplər

Related Articles

PORE

About

Connect